Hulusi Akar: “Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri taxılın daşınmasını müzakirə edəcəklər”

Hulusi Akar: “Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri taxılın daşınmasını müzakirə edəcəklər” Sabah İstanbulda Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınması ilə bağlı hərbi nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
H.Akar qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın diplomatik fəaliyyəti və “ərzaq böhranı”nın həllinə yönəlmiş göstərişləri çərçivəsində apardıqları danışıqlar müsbət istiqamətdə gedir.
Bu çərçivədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ukrayna müdafiə naziri Aleksey Reznikov ilə də danışıqlar apardığını xatırladan Akar bundan sonra ictimaiyyətdə “qırmızı xətt” olaraq xarakterizə edilən Türkiyə ilə Ukrayna və Rusiya arasında birbaşa təmasların reallaşdığını xatırladıb.
“Türkiyə, Rusiya Federasiyası və Ukrayna müdafiə nazirliklərinin hərbi nümayəndə heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyəti danışıqlar aparacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər