Quterreş Qara dənizdən taxıl daşınmasından danışdı

Quterreş Qara dənizdən taxıl daşınmasından danışdı Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Qara dənizdən taxıl nəqlini mümkün etmək üçün çox çalışdıqlarını bildirib.
Bu haqda Quterreş sabah İstanbulda keçiriləcək görüşlərlə bağlı Türkiyənin milli müdafiə naziri Hulusi Akarın suallarını cavablandıran zaman deyib.
“Biz həqiqətən bunun üzərində çox çalışırıq. Bir çox tərəflər bu barədə danışır və biz bunu etməyə çalışırıq. Amma hələ ediləcək çox şey var” , - deyə Quterreş bildirib.
Hulusi Akar, ərzaq böhranının həlli üçün Milli Müdafiə Nazirliyinin heyətinin Moskvaya getdiyini və Rusiya hərbi heyəti ilə görüşdüyünü, daha sonra Ukrayna hərbi heyətinin Milli Müdafiə Nazirliyinə gəldiyini qeyd edib.
“Bütün bu görüşlərdən sonra sabah İstanbul şəhərində Türkiyə, Rusiya və Ukraynanın müdafiə nazirliklərinin hərbi nümayəndə heyətləri ilə BMT nümayəndə heyəti Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması ilə bağlı danışıqlar aparacaq”, - nazir əlavə edib.
Qeyd edək ki, Qara dənizdə fevralın 24-dən davam edən müharibə səbəbindən yük gəmiləri Ukrayna limanlarını tərk edə bilmədiyi üçün dünyanın bir çox ölkəsində taxıl böhranı yaşanır.

Tehsil-press.az


Oxşar xəbərlər