Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin təhlükəsiz keçidi ilə əlaqədar hərbi heyətlər arasında danışıqlar bu gün İstanbulda keçiriləcək.
Bu məqsədlə Türkiyəyə gələn Rusiya nümayəndə heyətini daşıyan təyyarə İstanbul hava limanına enib.
Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirliklərinin hərbi heyətləri ilə BMT nümayəndə heyətinin qatılacağı görüşdə gəmilərin marşrutu və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, danışıqlarla bağlı razılıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ərzaq böhranının həllinə dair diplomatik səyləri və göstərişləri nəticəsində əldə olunub.
Türkiyə Prezidenti iyulun 5-də etdiyi çıxışında deyib: “Qara dəniz dəhlizi böyük əhəmiyyət kəsb edir. Hər iki liderin, həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin yanaşmaları vacibdir. Bir həftə və ya on gün ərzində bu danışıqları intensivləşdirməklə nəticə əldə etməyə çalışacağıq”.
Türkiyə Prezidentinin hər iki ölkənin dövlət başçıları ilə danışıqları və bu istiqamətdə səyləri bundan sonra da davam etdirilib.
Tehsil-press.az