Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi paytaxt Ər-Riyadda meymunçiçəyi virusuna ilk yoluxma halının qeydə alındığı barədə məlumat yayıb.
Virusa yoluxan şəxs krallığa xarici ölkədən qayıdıb. Nazirlik bildirib ki, pasiyent xəstəxanaya yerləşdirilib və onunla təmasda olmuş şəxslərdən götürülən testlər neqativ çıxıb. Eyni zamanda, ölkə ərazisində meymunçiçəyi virusu ilə bağlı monitorinq aparılır və onun nəticələri şəffaf şəkildə ictimaiyyətə çatdırılır.
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi səyahətdən qayıdan və meymunçiçəyi virusunun ilkin əlamətlərindən şübhələnən şəxslər üçün mətbuat vasitəsilə əlaqə nömrələrini elan edib.
Tehsil-press.az