“Məktəbəqədər təhsil proqramı (kurikulum)” təsdiq edilib

“Məktəbəqədər təhsil proqramı (kurikulum)” təsdiq edilib “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə Azərbaycan Respublikası təhsil naziri əmr imzalayıb.
Əmrə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 1998-ci ildə təsdiq edilən “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2012-ci il 10 iyul tarixli 1329 nömrəli əmri ilə təsdiq olunan “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin edəcək.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər