Məktəbəqədər təhsilin dövlət standartları hazırlandı

Məktəbəqədər təhsilin dövlət standartları hazırlandı Azərbaycanda məktəbəqədər təhsilin dövlət standartlarının layihəsi hazırlanıb.

Təhsil Nazirliyindən Tehsil-press.az-a verilən məlumata görə, yeni hazırlanan “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” layihəsi ictimai müzakirəyə təqdim olunub.
Layihəyə görə, məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi, bir qayda olaraq, ali ixtisas təhsilli, məktəbəqədər təhsil sahəsində təcrübəsi olan şəxs həyata keçirir. Rəhbər şəxsin vəzifə funksiyaları və səlahiyyətləri "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" ilə müəyyən edilir. Dövlət məktəbəqədər təhsil müəssisəsində ali idarəetmə orqanı, bir qayda olaraq, ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura hesab edilir. Pedaqoji Şuranın Əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı öz Nizamnaməsi ilə müəyyən olunur.
Məktəbəqədər təhsil müəssisələrində pedaqoji işə, bir qayda olaraq, məktəbəqədər pedaqoji ali və ya orta-ixtisas təhsilli kadrlar qəbul edilir. Məktəbəqədər təhsil müəssisəsi tərəfindən uşaq inkişafının dəyərləndirilməsi təhsilalanların inkişafı və təlimi haqqında ailələri məlumatlandırmaq, inkişafetdirici təlim mühitini davamlı olaraq qiymətləndirmək, təhsilalanların bilik, bacarıq və vərdişlərini dəyərləndirmək məqsədilə aparılır. Uşaqların məktəbə qəbulu zamanı onların inkişafının dəyərləndirilməsi nəticələri əsas kimi götürülmür.

Tehsil-press.az

Oxşar xəbərlər