Abşeron rayonu, Xırdalan şəhərində “Köhnə statistika” adlandırılan ərazidə məskunlaşan məcburi köçkünlərin binadan çıxarılması məqsədilə Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub.
Mövcud vəziyyətə etiraz edən məcburi köçkünlər Abşeron rayon İcra Hakimiyyətini ittiham ediblər. Bina sakinlərinin sözlərinə görə, yaşadıqları tikili və ərazi rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən “SAS 2015” MTK şirkətinə satılıb. Bina sakinləri icra başçısının qəbuluna düşə bilmədiklərini də bildiriblər.
Qeyd edək ki, Abdin Fərzəliyev 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncami ilə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə, 2005-ci ilin dekabr ayında Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsnə,19 yanvar 2022 tarixli sərancamla Abşeron Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.
Azərbaycanın zəngin məmurlarından biri kimi tanınan Abdin Fərzəliyevin Abşeron rayonuna İcra Hakimiyyətinin Başçısı təyinatı ilk qərarı rayonda iş adamlarını artıq narahat etməkdədir. Abdin Fərzəliyev qərarına əsasən, rayonda bütün inşa işləri dayandırılıb və tikinti aparan sahibkarların icra başçısının qəbuluna gəlmələri tələb olunub. Qəbula çağırılan iş adamlarına yeni icra hakimiyyəti başçısının tələbləri çatdırılıb. Lakin iş adamları icra başçısının istəkləri icra etməkdən hələki, imtina edirlər.
Abdin Fərzəliyevin özəl qaydaları və tələblərinin icrasının mümkünsüzlüyü də önə çəkilib. Sahibkarlar bildiriblər ki, tikinti üçün bütün razılıqları alıblar. Bütün dövlət qurumları ilə layihələr razılaşdırılıb. İndi Abşerona yeni təyin olunan icra başçısı Abdin Fərzəliyev Nurlan adlı adamı vasitəsilə bizə xəbər göndərir və tələbləri icra olunmayınca işlərin başlanmasına icazə verməyəcəyini deyir.
Tehsil-press.az