Uilyam Börns: “Putin tam sağlamdır”

Uilyam Börns: “Putin tam sağlamdır” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin səhhətinin qeyri-sabit və ya pis olduğuna dair heç bir kəşfiyyat məlumatı yoxdur.
Aspen Təhlükəsizlik Forumunda çıxış edən Uilyam Börns Putinin çox sağlam göründüyünü və onun xəstəliyini sübut edəcək heç bir dəlil olmadığını deyib.
“Prezident Putinin səhhəti ilə bağlı çoxlu şayiələr var və deyə bildiyimiz budur ki, o, tamamilə sağlamdır”, - bildirib.
Əvvəllər ABŞ-ın Rusiyadakı səfiri postunda çalışmış Börns qeyd edib ki, o, 20 ildən artıqdır Rusiya liderini müşahidə edir:
“Putin əmindir ki, Rusiyanın lideri kimi onun taleyi Rusiyanı böyük dövlət kimi bərpa etməkdir. O hesab edir ki, bunun əsas yolu Rusiyanın qonşuluğunda təsir dairəsini yenidən yaratmaqdır və Ukraynaya nəzarət etmədən buna nail ola bilməz”.

Tehsil-press.az



Oxşar xəbərlər