Serbiyada anomal istilər bir nəfərin ölümünə səbəb olub

Serbiyada anomal istilər bir nəfərin ölümünə səbəb olub Anomal istilərin müşahidə olunduğu Qərbi Balkan regionu ölkələrindən Serbiyada bir nəfər günvurmadan dünyasını dəyişib.
Paytaxt Belqradda havanın temperaturu 40 dərəcəyə çatıb. Niş şəhərində isə havanın temperaturu 42 dərəcəyə yüksəlib, anomal istilərin gələn həftənin ortasınadək davam edəcəyi bildirilib.
Bosniya və Herseqovinanın cənubundakı Mostar şəhərində də havanın temperaturu 42 dərəcəyə yüksəlib, paytaxt Sarayevoda 37 dərəcə isti müşahidə olunub. Anomal istilər səbəbindən ölkədə “qırmızı” həyəcan siqnalı elan olunub, mütəxəssislər əhaliyə çölə çıxmamağı tövsiyə ediblər.
Monteneqronun paytaxtı Podqoritsada isə 40 dərəcə isti qeydə alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər