Böyük Britaniyanın istefaya göndərilən Baş naziri Boris Conson gələcəkdə hökumət başçısı postuna qayıtmağa hazırlaşır.
Conson hesab edir ki, onu əvəz edən kimsə hakimiyyətə gəlsə, fəlakətlə nəticələnə bilər və Mühafizəkarlar Partiyasının ümumi seçkilərdə məğlub olmasından bir neçə il sonra o, partiyanı yenidən hakimiyyətə gətirmək üçün qayıda bilər.
Nəşrin məlumatına görə, siyasətçinin Baş nazir postundan uzaqlaşdırılmasına kömək edən bir neçə mühafizəkar seçicilərin tənqidi ilə üzləşib. “The Times” hesab edir ki, onlar indi növbəti parlament seçkilərində uduzmaqla “oxşar cəza” ala bilərlər.
Nəşrin məlumatına görə, Mühafizəkarlar Partiyasının 7,6 mindən çox üzvü Consonun keçmiş maliyyə naziri Rişi Sunak və Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ilə birlikdə səsvermə üçün baş nazirliyə namizədlər siyahısına daxil edilməsini tələb edən petisiya imzalayıb.
Xatırladaq ki, Conson iyulun 7-də özü ilə bağlı bir sıra qalmaqaldan sonra istefa verdiyini açıqlayıb.
Tehsil-press.az