
İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron ərizələrin qəbulu və vakant yerlərin seçilməsi, həmçinin təqdim edilən məlumatların müsabiqənin şərtlərinə uyğunluğunun müsabiqə komissiyası tərəfindәn yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.
Avqustun 3-də İnsan Resursları Mərkəzinin təşkilati dəstəyi ilə ərizələri təsdiq edilən namizədlərin ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanları həyata keçiriləcək.
Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Tehsil-press.az