Macarıstanın Dövlət Xidmətləri Universiteti “Ludovika alimləri qonaq mühazirə” proqramına qəbul elan edir

Macarıstanın Dövlət Xidmətləri Universiteti “Ludovika alimləri qonaq mühazirə” proqramına qəbul elan edir Macarıstanın Dövlət Xidmətləri Universiteti “Ludovika alimləri qonaq mühazirə” proqramına qəbul elan edir.
Macarıstanın Dövlət Xidmətləri Universiteti qonaq alimlərin (Visiting Scholars) universitetdəki tədris, tədqiqat və ekspert işləri ilə tanış edilməsi üçün müraciətlərini qəbul edir. Qaliblər bir həftə ərzində mühazirə oxumağa, yerli fakültə və ya tədqiqat institutları tərəfindən təşkil ediləcək seminarlarda və peşəkar müzakirələrdə iştiraka dəvət olunacaq.
Proqramın məqsədi Mərkəzi və Şərqi Avropadan olan, akademik sahədə çalışan şəxslər, tədqiqatçılar və ekspertləri bir araya gətirərək ideya mübadiləsinə şərait yaratmaqdır. Avqustun 31-dək proqrama müraciət etmək olar. Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Tehsil-press.az




Oxşar xəbərlər