Macarıstanlı professor UNEC tələbələrinə mühazirə oxuyub

Macarıstanlı professor UNEC tələbələrinə mühazirə oxuyub Macarıstanın Miscolc Universitetinin professoru Peter Zsolt Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mühazirə keçib.
“Erasmus+” proqramı çərçivəsində macarıstanlı professor Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələrinə Macarıstanda turizm sahəsində aparılan son yeniliklər və turizm imkanları barədə məlumat verib.
Mühazirə tələbələr tərəfindən maraqla qarşılanıb.
Professor görüşün sonunda tələbələrin suallarını cavablandırıb.
Xatırladaq ki, UNEC ilə Miscolc Universiteti arasında birgə elmi-tədqiqat işlərinin aparılması və beynəlxalq əməkdaşlıq məqsədilə “Erasmus+” tələbə və müəllim mübadilə proqramı çərçivəsində müqavilə imzalanıb. Hazırda UNEC-in 1 tələbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində Miscolc Universitetində, ümumilikdə isə 4 tələbəsi təhsilini Macarıstanda davam etdirir.

Tehsil-press.az


Oxşar xəbərlər