BSU-nun Məktəb-Lisey Kompleksinin 3 məzunu qızıl və gümüş nişana layiq görülüb

BSU-nun Məktəb-Lisey Kompleksinin 3 məzunu qızıl və gümüş nişana layiq görülüb Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksinin iki məzunu - Camal Pərviz oğlu Cəfərov, Şükran Mühəndis qızı Mikayılzadə qızıl nişana, bir məzunu - Murad Əliş oğlu Ağamirzəyev isə gümüş nişana layiq görülüblər.
Məzunlar təhsil naziri Emin Əmrullayevin “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmrinə əsasən mükafatlandırılıblar. Nazirin əmrinə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 136 nəfər qızıl, 79 nəfər isə gümüş nişanla təltif olunub.
Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunan məzunlar Nazirlər Kabinetinin 2010-cu ildə müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.

Tehsil-press.az




Oxşar xəbərlər