Məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlandı

Məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlandı 2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini 2284 nəfər fərqlənmə attestatı ilə başa vurub.
Onlardan 1520 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.
BŞTİ-nin tabeliyindəki məktəbləri 2021-ci ildə 30 məzun qızıl və gümüş nişanla başa vurub. Belə ki, 2020-2021-ci tədris ili üzrə idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 9-u gümüş nişana layiq görülüb.

Tehsil-press.az


Oxşar xəbərlər