Bolqarıstan idmançısı: Azərbaycan Gimnastika Federasiyası çox gözəl yarış təşkil edib

Bolqarıstan idmançısı: Azərbaycan Gimnastika Federasiyası çox gözəl yarış təşkil edib Azərbaycanın Gimnastika Federasiyası çox gözəl yarış təşkil edib. Bunu Tehsil-press.az-a Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında gümüş medal qazanmış Bolqarıstan idmançısı Boryana Kaleyn deyib.
O bildirib: "Mən uğuruma çox sevinirəm, gümüş medal qazanmaq yaxşıdır. Bu medal həqiqətən mənim üçün çox vacibdir".
Bolqarıstan təmsilçisi yarışları gözəl təşkil etdiyi üçün Azərbaycan Gimastika Federasiyasına xüsusi təşəkkürünü ifadə edib: "Bakıda çıxış etmək çox xoşuma gəlir, burada həmiş əla yarışlar olur".
Bolqarıstanlı gimnast həmçinin azərbaycanlı gimnastları yüksək qiymətləndirdiyini deyib: "Zöhrə Ağamiravanın çıxışları çox xoşuma gəlir".
Qeyd edək ki, Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında 26 ölkədən 127 gimnast iştirak edib. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edib.

Tehsil-press.az

Oxşar xəbərlər