Tatlısəsin keçmiş həyat yoldaşı onu məhkəməyə verdi

Tatlısəsin keçmiş həyat yoldaşı onu məhkəməyə verdi İbrahim Tatlısəsin birinci həyat yoldaşı Ədalət Durak Şanlıurfa Məhkəməsinə gedərək keçmiş həyat yoldaşının onu təhqir etdiyi iddiası ilə şikayət edib.
Ədalət Durak şikayət ərizəsində İbrahim Tatlısəsin qatıldığı canlı yayımda “o qara çadralı” deyərək onu təhqir etdiyini iddia edib.
Həmçinin o, şikayətində keçmiş həyat yoldaşının geyiminə görə onu “qara ilan”, dini inancına görə isə “cadugar” adlandıraraq ictimaiyyət qarşısında təhqir etdiyini bildirib.
Qeyd edək ki, İbrahim Tatlısəs “Beyaz maqazin” verilişində canlı yayımda gənc sevgilisi ilə evlənməyə hazırlaşdığını, lakin cadudan dolayı işlərinin yaxşı getmədiyini iddia edib:
“Bodrumda evimə donuz yağı çəkiblər. Qızın (evlənəcəyi qadının) çəkisi 48 kiloya düşüb. Ona ev aldım, maşın aldım, daha çox alardım, amma qara çadralı və oğlu evimə donuz yağı çəkib”.

Tehsil-press.az


Oxşar xəbərlər