Bakıda kişi keçmiş həyat yoldaşının boğazını kəsib. Hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.
Belə ki, xəstəxanada sanitarka vəzifəsində çalışan 1978-ci il təvəllüdlü Xavər İbrahimova iş yoldaşlarına keçmiş həyat yoldaşının gəldiyini bildirərək xəstəxananın həyətinə düşüb. Bir müddət sonra qadının geri dönmədiyini görən həmkarları onun arxasınca gediblər. Bu zaman qadını başı kəsilmiş, ürəyində bıçaqlanmış vəziyyətdə görüblər.
Məlum olub ki, X. İbrahimova həyətdə mübahisə edən zaman keçmiş həyat yoldaşı, 1980-ci il təvəllüdlü Faiq İbrahimov tərəfindən bıçaqlanıb.
O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, cütlük 2 ay əvvəl boşanıb.
Tehsil-press.az