Keçmiş arvadından Tatlısəsin evlilik təklifinə - Cavab

Keçmiş arvadından Tatlısəsin evlilik təklifinə - Cavab Xəbər verdiyimiz kimi, türkiyəli müğənni İbrahim Tatlısəs “Show TV”də yayımlanan “Seda Sayanla” proqramında keçmiş arvadı Ayşegül Yıldıza aşiq olmadığını, lakin onunla yenidən ailə qurmaq istədiyini bəyan edib.
A. Yıldız Tatlısəsin evlilik təklifinə müsbət cavab verməyib.
“İbrahim bəy övladımın atasıdır. Aramızdakı sevgi, hörmət həmişə olacaq. Lakin söhbət evlilikdən gedirsə, bu mövzuda müsbət düşüncələrə sahib deyiləm”, - deyə sənətçinin eks-həyat yoldaşı yaxın ətrafına bildirib.
Qeyd edək ki, İ. Tatlısəs A. Yıldızla 2011-ci ildə ailə qurub. Cütlüyün 2012-ci ildə Elif Ada adlı qızları dünyaya gəlib. Onlar 2013-cü ildə qarşılıqlı razılıq əsasında boşanıblar.

Təhsil-press.az

Oxşar xəbərlər