Çin Tayvana qarşı sanksiyalar tətbiq edir

Çin Tayvana qarşı sanksiyalar tətbiq edir ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri ilə bağlı artan gərginlik fonunda Çin Tayvanla ticarətini məhdudlaşdırıb.
Çin tikintidə istifadə olunan əsas material olan təbii qumun ixracını, həmçinin Tayvan sitrus meyvələrinin və bəzi balıq növlərinin idxalını dayandırıb.
Tayvana qarşı cavab sanksiyaları 2022-ci il avqustun 3-də qüvvəyə minəcək.
Xatırladaq ki, avqustun 2-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana gəlib. Bundan sonra Çinlə ABŞ arasında gərginlik artıb.

Tehsil-press.az


Oxşar xəbərlər