“İğtişaşlar seçkilərin yekunlarını təsdiq etməyə mane olmayacaq”

“İğtişaşlar seçkilərin yekunlarını təsdiq etməyə mane olmayacaq” ABŞ Konqresinin binasında baş vermiş iğtişaşlar noyabrın 3-də keçirilən prezident seçkilərinin nəticələrinin təsdiq olunmasına mane olmayacaq.
Bu barədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi iclasın bərpasından sonra bildirib.
“Onlar (etirazçılar-red.) seçkilərin nəticələrinin Cozef Bayden və Kamala Harrisin xeyrinə sertifikatlaşdırılması prosedurunu yerinə yetirməyə mane ola bilməzlər. Bu səbəbdən Konqres iclasa qayıdıb”, - deyə o bildirib.
“Biz ölkəyə və dünyaya göstərməliyik və göstərəcəyik ki, borcumuzun yerinə yetirilməsinə mane olmaq mümkün deyil, biz konstitusiya və amerikalılar qarşısında məsuliyyətimizi dərk edirik. Biz bu gün bizim demokratiyamıza belə bir hücumu təsəvvür edə bilməzdik. Bizə mane olmaq istəyənlər, siz məğlub olmusunuz. Ədalət zəfər çalacaq”, - deyə o əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər