ABŞ prezidenti Donald Tramp onun impiçment edilməsi təşəbbüsünü irəli sürən Demokratlar Partiyasına göndərdiyi tvitlərlə müharibə elan edib.
Prezident seçicilərə “sizin üçün döyüşürəm” mesajı verib.
“Demokratlar silahlarınızı, tibbi xidmətlərinizi, səslərinizi, azadlığınızı, hakimlərinizi və hər şeyinizi almaq istəyirlər. Biz buna heç vaxt yol verə bilmərik, çünki ölkəmiz heç olmadığı qədər təhlükədədir. Hamısı çox sadədir: məni dayandırmağa çalışırlar, çünki sizin üçün döyüşürəm və bunun olmasına əsla imkan verməyəcəyəm. Ölkə tarixində ən böyük iqtisadiyyatı yaradan, ordumuzu indiyə qədərki ən güclü orduya çevirən və vergiləri rekord səviyyədə endirən bir prezidentini necə impiçment edə bilərsiniz”, - Tramp tvitterdə yazıb.
Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Tramp və Zelenski arasındakı telefon danışığına dair məktubu açıqlayıb. Bundan sonra – sentyabrın 24-də Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi Donald Trampın impiçmenti proseduruna başladıqlarını bəyan edib. Zelenski ilə Trampın 2019-cu ilin iyulunda keçirdiyi telefon danışığı impiçment üçün əsas hesab edilir. Məktuba görə, Donald Tramp sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin oğlu ilə bağlı araşdırılma aparılmasını tələb edirdi. Demokratlar məhz bunda “seçkilərin bütövlüyünün pozulmasını” görürlər.
Ötən gün isə Nensi Pelosi impiçment təşəbbüsünə xalq da dəstək verdiyini, artıq xalqın da fərqli düşünməyə başladığını bildirib.
Tehsil-press.az