“Ağ Ev Tayvanın müstəqilliyini tanımır. ABŞ Administrasiyası yaxın günlərdə bu mövqeyi ən yüksək səviyyədə Çinin diqqətinə çatdırıb”.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib:
“Biz bəyan etmişik ki, Tayvanın müstəqilliyini dəstəkləmirik”.
Kirbinin sözlərinə görə, ABŞ Çinin genişmiqyaslı təlimlər keçirmək də daxil olmaqla, uzunmüddətli perspektivdə cavab tədbirləri görəcəyini gözləyir: “ABŞ Çinlə münaqişəyə can atmır”.
Qeyd edək ki, avqustun 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər edib. Onun səfəri ABŞ-la Çin arasında gərginliyin artmasına səbəb olub. Çin Hərbi Hava Qüvvələri Su-35 qırıcılarını Tayvan boğazı istiqamətinə göndərib. Həmçinin ABŞ-ın Çindəki səfiri XİN-ə çağırılıb.
Tehsil-press.az