Kanada Rusiyanın sanksiyalarını əsassız adlandırdı

Kanada Rusiyanın sanksiyalarını əsassız adlandırdı Kanada hökuməti doqquz Kanada vətəndaşına qarşı Rusiyanın sanksiyalarını əsassız və qəbuledilməz hesab edir.
Bu barədə TASS-a Kanada Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Biz Rusiya Federasiyasının martın 24-də Kanada tərəfindən tətbiq olunan sanksiyalara cavab olaraq, doqquz kanadalıya Rusiyaya girişi qadağan etməsi qərarından xəbərdarıq. Rusiyanın Kanada vətəndaşlarına, o cümlədən hökumət üzvlərinə qarşı sanksiyaları qəbuledilməzdir və əsaslandırılmayıb”, - nazirlikdə deyiblər.
Kanadanın xarici siyasət idarəsinin TASS-ın sorğusuna yazılı cavabında deyilir ki, Ottava anti-Rusiya sanksiyalarını Aleksey Navalnı və onun tərəfdarları ilə bağlı vəziyyətlə əlaqədar tətbiq edib. “Biz Rusiyada insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi və vətəndaş cəmiyyəti və müstəqil səslər üçün məkanın daralmasından əvvəlki kimi dərindən narahatıq”, - XİN-də hesab edirlər. Qurumdan bildiriblər ki, Kanada Rusiyanın sanksiya siyahısına düşənləri dəstəkləyir və demokratiyanın müdafiəsi üçün tərəfdaşlarla işləməyə davam edəcək.
Daha əvvəl Rusiya doqquz kanadalı rəsmi şəxsin ölkəyə girişinə qadağa qoyub.

Tehsil-press.az



Oxşar xəbərlər