Zibil qutusuna düşən telefonunu çıxarmaq istəyən şəxs çətin vəziyyətə düşdü

Zibil qutusuna düşən telefonunu çıxarmaq istəyən şəxs çətin vəziyyətə düşdü Fransanın Perpinyan şəhərində zibil qutusuna düşən telefonunu çıxarmaq istəyən şəxs çətin vəziyyətə düşüb.
Belə ki, onun başı və bədəni ilişərək qutuda qalıb.
Hadisə yerinə xilasedicilər gəlib. Təxminən bir saat sonra onlar zibil qutusunu kəsərək sıxılmış vəziyyətdə qalan şəxsi xilas ediblər.
Onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər