Ötən gün axşam saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasında yenidən baş verən qəza nəticəsində paytaxt Bakının işıqsız qalması metro sistemini çətin vəziyyətə salıb. Bu gərginlikdən ən çox əziyyət çəkənlər sərnişinlər olub. Qatarda qalan sərnişinlər tunel vasitəsilə təxliyyə olunublar.
Təxliyyə zamanı isə insanların qarşılaşdığı acınacaqlı vəziyyət, panika, üstəgəl də havanın temperaturunun yüksək olması uşaqdan tutmuş yaşlıya kimi bütün sərnişinlərin vəziyyətinin pisləşməsinə səbəb olub.
Buna görə də dünən gecədən etibarən sosial şəbəkələrdə enerjinin kəsilməsi halında insanların qatardan təxliyyə prosesinin alternativ yollarının olmamasından narazılıq edirlər.
Tehsil-press.az