Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti publik hüquqi şəxsə çevrildi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti publik hüquqi şəxsə çevrildi.
Bununla əlaqədar Baş nazir Əli Əsədov “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir.
Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlərin görülməsini təmin edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər