1 ton narkotik vasitə müsadirə edilib

1 ton narkotik vasitə müsadirə edilib Əfqanıstandan İrana keçən yanacaq daşıyan yük maşınından 1 ton narkotik vasitə tapılıb.
Bunu İranın Gömrük Baş İdarəsinin sədr müavini Fəridə Zübeydi bildirib. O diqqətə çatdırıb ki, Mahirod sərhəd-keçid məntəqəsində Əfqanıstandan İrana keçən yük maşınına baxış keçirilib. Baxış zamanı maşının müxtəlif yerlərində gizlədilən 1 tona müxtəlif tipli narkotik maddələr aşkar edilərək götürülüb. Maşının sürücüsü həbs edilib. Onun İrandakı əlaqələri müəyyənləşdirilir.
Fəridə Zübeydi onu da bildirib ki, 20 il müddətində Əfqanıstanda xarici hərbi qüvvələrin qalması narkotik istehsalını nəinki azaltmadı, əksinə artırdı.
BMT-nin hesabatına görə, Əfqanıstanda ildə 200 ton narkotik maddə istehsal olunurdu. Lakin NATO qüvvələrinin bu ölkəyə daxil olmasından sonra narkotik vasitələrinin istehsalı ildə 900 tona qədər artıb.

Tehsil-press.az




Oxşar xəbərlər