İrandan Azərbaycana gətirilən şirniyyatın içərisindən narkotik çıxdı

İrandan Azərbaycana gətirilən şirniyyatın içərisindən narkotik çıxdı Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yükləri rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli predmetlər müşahidə olunub.
Vətəndaş sorğu-sual zamanı əl yüklərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib. O, əlindəki sellofan torbada yalnız şirniyyat olduğunu qeyd edib.
Lakin təkrar baxış zamanı sellofan torbada olan bir ədəd qutunun içində 1 bükümdə, qablaşdırılması ilə birgə çəkisi 301 qramtəşkil edən narkotik vasitə - heroin və 1 bükümdə, üzərində "F/M40" nişanəsi olan 100 ədədmetadon həbləri aşkarlanıb.
Bundan başqa, həmin sellofan torbada hər biri ayrı-ayrı polietilendə qablaşdırılmış şirniyyatların daxilində də cəmi 3 bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 502 qramolan heroin aşkar edilib.
Beləliklə, aşkara çıxarılan bütün heroinin ümumilikdə çəkisi 803 qram təşkil edib.
Onu da xatırladaq ki, aşkar olunan metadon həbləri də sintetik narkotik vasitə sayılır və "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər