Gəncədə narkotik yetişdirən şəxs saxlanıldı

Gəncədə narkotik yetişdirən şəxs saxlanıldı Gəncə şəhər Baş Polis İdarəsinin (BPİ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçiriblər.
Polis əməkdaşları qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxsi saxlayıb. Belə ki, şəhər sakini, əvəllər məhkum olunmuş Azər Əhmədlinin yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə becərilmiş, ümumi çəkisi 93 kq 330 qram olan 64 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər