Ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 28-dək davam edəcək.
Bu ali təhsil müəssisəsi Türkiyə, Fransa, İspaniya, İtaliya, Polşa, Slovakiya, Rumıniya və Serbiyanın ən nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. “Erasmus+” çərçivəsində tələbələrə tərəfdaş universitetlərdə təhsil almaq üçün maliyyə dəstəyi ayrılır. İndiyədək 500-dən çox tələbə Avropanın müxtəlif universitetlərində təhsil alıb.
ADU 10 ildən çoxdur ki, Böyük Britaniyanın Esseks Universiteti ilə ikili diplom layihəsini həyata keçirir. Fransanın Strasburq Universiteti, Oslo və Agder universitetləri ilə əməkdaşlıq edir. ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi üçün nəzərdə tutulan CLS təqaüd proqramına ev sahibliyi edir. ADU türk “CLS” və “Flagship” təqaüd proqramlarına da rəhbərliyi öz üzərinə götürüb. Universitetdə 20 ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. ADU-da Konfutsi İnstitutu, “Alman oxu zalı” və Avstriya kitabxanası var. Universitetdə TOEFL (ABŞ), AYÖS və OEAD (alman dili) dil testləri keçirmək üçün rəsmi icazəyə malik Test Mərkəzi mövcuddur. Fövqəladə və səlahiyyətli səfirlər ADU-da mühazirə oxuyur, master-klaslar keçirlər. ADU-nun zəngin kitabxanası var. Dünya elektron kitabxanalarından istifadə imkanı mövcuddur.
Tehsil-press.az