Fransanın ölkəmizdəki səfirliyinin təhsil işləri üzrə attaşesi Morin Raab və Azərbaycanda Fransız İnstitutunda Campus Fransın təmsilçisi Mədinə Mollayeva Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm və qonaqpərvərlik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələri ilə görüşüblər.
Tələbələr üçün nəzərdə tutulan təqdimatda Fransa universitetlərində təhsil imkanları, peşə təcrübəsi, təqaüd proqramları və fransız dili kurslarının fəaliyyəti barədə məlumat verilib.
Hazırda ATMU Fransanın IREST ve Anjers universitetləri ilə əməkdaşlığa dair danışıqlar aparır. Əsas məqsəd ATMU-nun tələbələrinin ikili diplom proqramı çərçivəsində Avropanın daha bir nüfuzlu ali məktəbində - Anjers Universitetində təhsil imkanı qazanmasına zəmin yaratmaqdır.

ATMU-nun Mətbuat Xidməti