Prezident Ərdoğan: Rusiya-Ukrayna böhranına son qoymaq üçün sıx diplomatik danışıqlar aparırıq

Prezident Ərdoğan: Rusiya-Ukrayna böhranına son qoymaq üçün sıx diplomatik danışıqlar aparırıq Türkiyə olaraq Rusiya-Ukrayna böhranı başlayandan bəri dəqiq mövqeyimizi ortaya qoyduq. Sağlam düşüncə üçün çağırışlar etdik. Təəssüf ki, bu böhran səbəbindən humanitar gərginlik artmaqda davam edir. Buna son qoymaq üçün sıx diplomatik danışıqlar aparırıq. Volodimir Zelenski və Vladimir Putin ilə danışıqlarımız davam edir. Şərtlərin çətinliyini bilirik, lakin yeganə çıxış yolu olan diplomatiya ilə səmimi təşəbbüslərimizi davam etdirəcəyik.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Niderlandın Baş naziri Mark Rutte ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Niderland ilə Türkiyə arasında ticarət həcminin 30 faiz artaraq 11 milyard ABŞ dollarına çatdığını deyən Prezident Ərdoğan ilk növbədə 15 milyard, sonra isə 20 milyard dollarlıq hədəfi birlikdə müəyyən etdiklərini açıqlayıb.
Brüsselə nəzərdə tutulan səfəri haqqında danışan Türkiyə Prezidenti xüsusilə müdafiə sənayesi üzrə NATO ölkələri arasında həmrəyliyin vacibliyini vurğulayıb.
Türkiyənin Rusiya-Ukrayna danışıqlarında əsas rolu üzərinə aldığını bildirən Baş nazir Mark Rutte bunun üçün Prezident Ərdoğana təşəkkürünü ifadə edib.

Tehsil-press.az


Oxşar xəbərlər