
Türkiyədə tibb çox inkişaf edib, oradakı universitetlərdə nəzəriyyə və təcrübə dərsləri yüksək səviyyədə təşkil olunur.
Gələcək planlarından bəhs edən məzun qeyd edib ki, universiteti bitirdikdən sonra rezidentura üzrə təhsilini Almaniyada davam etdirmək fikrindədir: “Təhsilimi bitirdikdən sonra daha yaxşı həkim olaraq vətənimə qayıdıb, xalqıma xidmət etmək istəyirəm. Eləcə də, gələcəkdə ürək-damar cərrahı olmaq arzusundayam”.
Qeyd edək ki, Nigar Ağazadə bu il keçirilmiş qəbul imtahanının I mərhələsində 300 bal, ikinci mərhələsində isə 400 bal toplayaraq maksimal nəticə göstərib. Avqustun 18-də Nigarın qəbul olunduğu Ankara Universitetinin rektoru prof. Necdet Ünüvar ona zəng edərək ürək sözlərini bildirmişdi.
Tehsil-press.az