Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 563 nəfər iştirak edəcək

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 563 nəfər iştirak edəcək Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün avqustun 4-də keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (ikinci cəhd) nəticələrini elan edib.
Bu imtahanda müsabiqə şərtini ödəyərək “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan 100 nəfər ikinci mərhələyə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılıb.
İmtahanın 1-ci cəhdində iştirak edərək “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədləri də nəzərə alsaq, ümumilikdə 563 nəfər ikinci mərhələyə buraxılıb.

Tehsil-press.az


Oxşar xəbərlər