Türkiyənin paytaxtı Ankara şəhərində Ankara Universiteti ilə Bakı Dövlət Universiteti (BDU) arasında akademik əməkdaşlıq protokolu imzalanıb.
Protokolu BDU-nun rektoru Elçin Babayev və Ankara Universitetinin rektoru Necdet Ünüvar imzalayıblar.
İmzalanma mərasimində rektor Necdet Ünüvar protokolun əhəmiyyətindən danışıb, Azərbaycanın ən böyük universiteti olan BDU ilə əməkdaşlığın gələcəkdə daha yüksək formada inkişaf etdiriləcəyinə əminliyini vurğulayıb.
BDU-nun rektoru Elçin Babayev hər bir sahədə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olduğunu bildirərək, BDU-nun qardaş ölkənin ali təhsil müəssisələri ilə elm və təhsil sahəsində sıx əməkdaşlıq etdiyini söyləyib. O, Türkiyənin ən qocaman universitetlərindən olan Ankara Universiteti ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün səmərəli olacağına inamını ifadə edərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, akademik və elmi əməkdaşlığın perspektivlərindən bəhs edib.
İmzalanan protokolla universitetlər akademik və mədəniyyət sahələrində əməkdaşlıq etmək barədə razılığa gəliblər. Tərəflər təhsil və elm sahələrində birgə tədqiqatlar aparacaq, akademik heyətin və tələbələrin mübadiləsini həyata keçirəcək, qarşılıqlı maraq doğuran sahələrdə ortaq elmi konfranslar, seminarlar, mühazirələr və s. təşkil edəcəklər. Protokolda, həmçinin təhsil, təlim, tədqiqat məqsədləri üçün təcrübə mübadiləsinin aparılması, müxtəlif elmi ədəbiyyatın, dövri və digər nəşrlərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
Ankara Universitetinin əsası 1946-cı ildə qoyulub. Universitetin 19 fakültəsində 70 mindən çox tələbə təhsil alır. Tələbələrin təhsili ilə 3700 nəfərdən artıq akademik heyət məşğul olur.
Tehsil-press.az