Rəcəb Tayyib Ərdoğan: Rusiyanın Ukraynaya qarşı müharibəsi ədalətli sülhlə başa çatmalıdır

Rəcəb Tayyib Ərdoğan: Rusiyanın Ukraynaya qarşı müharibəsi ədalətli sülhlə başa çatmalıdır Rusiyanın Ukraynaya qarşı müharibəsi Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli sülhlə başa çatmalıdır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım platforması” ilə bağlı bəyanatında qeyd edib.
“Biz hesab edirik ki, fevralın 24-dən davam edən müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə əsaslanan ədalətli sülhlə başa çatmalıdır. Türkiyə bu məqsədə çatmaq üçün diplomatik kanal yaratmaq üçün fövqəladə səylər göstərib. Bu məsələdə əhəmiyyətli nailiyyətlərimiz var, xüsusən də Antalyada xarici işlər nazirlərinin görüşünü, İstanbulda danışıqları və “taxıl dəhlizi”nin işə salınmasını qeyd edə bilərik”, - deyə R.T.Ərdoğan bildirib.
Ərdoğan, həmçinin əlavə edib ki, Türkiyə Krım da daxil olmaqla Ukrayna ərazilərinin Rusiya tərəfindən işğalını heç vaxt tanımayacaq.
Qeyd edək ki, 2021-ci ildə Ukrayna Prezidenti tərəfindən əsası qoyulmuş “Krım platforması” yarımada ilə bağlı bütün məsələlərin strukturlaşdırılması üçün məşvərət və kommunikasıya formatıdır.

Tehsil-press.az



Oxşar xəbərlər