Yaponiyanın aparıcı müxalifət partiyası icra strukturunun tərkibini yeniləyib

Yaponiyanın aparıcı müxalifət partiyası icra strukturunun tərkibini yeniləyib Yaponiyanın Konstitusiyalı Demokratlar Partiyası (KDP) parlamentin yuxarı palatasına iyulda keçirilən seçkilərdə məğlubiyyətdən sonra icra strukturunun tərkibini yeniləyib.
KDP rəhbərliyi bu addımla partiyanın cəmiyyətdəki mövqeyini möhkəmləndirməyə çalışır. İcra strukturunun tərkibində aparılan dəyişikliklərdən sonra 69 yaşlı Katsuya Okuda KDP-nin yeni baş katibi təyin edilib. Keçmiş səhiyyə naziri, 62 yaşlı Akira Natsuma partiyanın siyasi şurasının sədri, sabiq maliyyə naziri 60 yaşlı Cun Azumi isə parlament üzrə rəhbər təyin olunub. Sabiq Baş nazirin xüsusi müşaviri olmuş 56 yaşlı Hirosi Oquşi isə seçkiöncəsi kampaniyaya rəhbərlik edəcək. Bununla yanaşı, KDP sədrinin müavini, 63 yaşlı Seyci Osaka öz vəzifəsində saxlanılıb.
KDP-nin 48 yaşlı sədri Kenta İzumi bildirib ki, icra strukturunun tərkibində aparılan dəyişikliklərlə o, partiyanın strukturunu möhkəmləndirməyə və Baş nazir Fumio Kişidanın partiyası ilə fərqi aradan qaldırmağa çalışır: “KDP-nin tərkibində Baş nazir və ya nazir vəzifələrini tutmuş üzvlər çoxdur. Bu addımla biz hakim partiyaya çevrilmək niyyətimizi ilk plana çəkmiş olacağıq”.
Xatırladaq ki, KDP iyulda parlamentin yuxarı palatasına keçirilmiş seçkilərdə altı yer itirib və partiya rəhbərliyi pis nəticəyə gərə sabiq rəhbərliyi ittiham edir.
K.İzumi bildirib ki, o, parlamentin oktyabrda başlayacaq növbəti sessiyası ərəfəsində struktur tərkibində dəyişikliklər aparmaqla partiyaya rəhbərliyi davam etdirəcək. Bu, həmçinin gələn ilin yazında keçiriləcək yerli seçkilər ərəfəsində KDP-nin mövqelərini möhkəmləndirməyə imkan yaradacaq.

Tehsil-press.az




Oxşar xəbərlər