Ukrayna və Fransa prezidentləri Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər

Ukrayna və Fransa prezidentləri Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər Avqustun 30-na keçən gecə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında protokoldan kənar telefon danışığı olub.
Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Söhbət zamanı iki ölkə liderləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) missiyasını, onun xronologiyasını, logistikasını və xüsusilə təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, MAQATE-nin baş direktoru Rafael Qrossi Kiyevə gəlib. Zelenskinin onunla da görüşəcəyi gözlənilir. MAQATE missiyasının Zaporojye AES-də keçiriləcəyi monitorinqini müzakirə edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər