“Danışıqlar çətin və xoşagəlməz olsa da, lazımdır”

“Danışıqlar çətin və xoşagəlməz olsa da, lazımdır” Ukrayna və Fransa Prezidentləri Volodimir Zelenski ilə Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Zelenski bu barədə növbəti videomüraciətində məlumat verib.
Onun sözlərinə görə, tərəflər söhbət zamanı digər məsələlərlə yanaşı, sülh üçün həll yollarının tapılması barədə danışıblar: “Qarşılıqlı münasibətimizdən, həmçinin sülh üçün, ərazilərimizin azad edilməsi üçün həll yolu tapmaqdan, xalqımızın xilasının yollarından danışdıq.
Əminəm ki, siz danışıqların çətin və xoşagəlməz olduğunu başa düşürsünüz. Amma bu, lazımdır. Çünki bu, həyatla bağlıdır”.
Zelenski qeyd edib ki, Ukrayna həmişə problemin sülh yolu ilə həllinə çalışıb.

Tehsil-press.az


Oxşar xəbərlər