Liviya sahillərində batan qayıqda 21 misirli miqrant ölüb

Liviya sahillərində batan qayıqda 21 misirli miqrant ölüb Misirli miqrantları daşıyan qayığın Liviya sahillərində batması nəticəsində 21 nəfərin həlak olduğu bildirilir.
Liviyanın Qanunsuz Miqrasiya ilə Mübarizə Departamentinin bildirdiyinə görə, qayıqda 27 miqrant olub və həlak olanların cəsədləri Benqazinin şərqindən 110 kilometr şimal-şərqdə Tolmeyda şəhəri yaxınlığında tapılıb, 6 nəfər isə sağ qalıb.
Son aylar Liviyanın sahil-mühafizə xidməti miqrantların Aralıq dənizi vasitəsilə Avropaya keçməsinin qarşısını almağa çalışır. Afrika ölkələrindən olan bir çox qanunsuz miqrant isə Tripoli yaxınlığındakı xüsusi düşərgədə saxlanılır.

Tehsil-press.az

Oxşar xəbərlər