Ötən həftə Liviya sahillərində 700-dən çox mühacir xilas edilib

Ötən həftə Liviya sahillərində 700-dən çox mühacir xilas edilib Ötən həftə ərzində Liviya yaxınlığında 727 qeyri-leqal miqrant xilas edilərək sahilə çıxarılıb.
Bu barədə məlumat Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin qeyd olunur ki, bu ilin ötən dövründə Liviya sahillərində ümumilikdə 7 min 67 qeyri-leqal mühacir xilas edilib, 138 nəfər həlak olub, 462 nəfər isə itkin düşüb. Ötən il dənizdə xilas edilən qaçqınların sayı 32 min 425 nəfər, həyatını itirənlərin sayı 662 nəfər, itkin düşənlərin sayı isə 891 nəfər təşkil etmişdi.
Xatırladaq ki, 2011-ci ildə Müəmmər Qəddafi rejiminin devrilməsindən sonra Liviyada xaos hökm sürür. Avropaya qanunsuz yolla keçmək istəyən mühacirlər başlanğıc nöqtə kimi məhz bu Şimali Afrika ölkəsinə üstünlük verirlər.

Tehsil-press.az


Oxşar xəbərlər