ABŞ Federal Təhqiqat Bürosunun (FBI) mütəxəssisləri kiberhücumların araşdırılmasına töhfə vermək üçün Monteneqroya gələcəklər.
Bu barədə Monteneqronun Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı daxili işlər naziri Filip Adziçin polis rəisi Zoran Brdanin və ABŞ Federal Təhqiqat Bürosunun Monteneqro, Serbiya, Bosniya və Herseqovina üzrə attaşesi Kennet Bryanla keçirilən görüşündən sonra razılıq əldə edilib, FBI mütəxəssislərinin ölkəyə gəlişi təsdiqlənib.
Qeyd edək ki, ötən günlərdə Monteneqroda rəsmi hökumət saytlarına kiberhücumlar olmuşdu.
Tehsil-press.az