Qadınların Polis Akademiyasına qəbulu dayandırılıb - Rəsmi

Qadınların Polis Akademiyasına qəbulu dayandırılıb - Rəsmi Bir sıra KİV-lərdə və sosial şəbəkə səhifələrində qadın vətəndaşlarımızın Polis Akademiyasına, o cümlədən, polis orqanlarında xidmətə qəbulunun dayandırılması ilə bağlı iddialar yer alıb.
Məsələ barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov dedi.
O bildirib ki, hazırda daxili işlər orqanlarında qadın əməkdaşlar kişilərlə birlikdə çiyin-çiyinə xidmət aparırlar:
“Qadın paqondaşlarımızın böyük bir qismi Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, mətbuat, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir, kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirirlər”.
Nazirlik nümayəndəsi qeyd edib ki, hazırda qadın vətəndaşların Polis Akademiyasına qəbulu dayandırılıb:
“Amma bu, o demək deyil ki, qadın vətəndaşlarımız polis sıralarına qoşula bilməz. Qadın vətəndaşlarımız digər yerli ali təhsil müəssisələrini hüquq ixtisası üzrə bitirib polis orqanlarında xidmətə qəbul ola bilərlər”.

Tehsil-press.az

Oxşar xəbərlər