Bosniya və Herseqovina dünyada əhalisi ən çox azalan ölkəyə çevrilib.
Bosniya və Herseqovina son illərdə iqtisadi səbəblərdən artan beyin axını nəticəsində getdikcə azalan əhalisi ilə “dünyada əhalisi ən çox azalan ölkələr” siyahısında birinci yerdədir. Siyahıda Bosniya və Herseqovinadan sonrakı yerlərdə Bolqarıstan, Livan, Latviya, Litva, Venesuela, Serbiya, Xorvatiya və Ukrayna qərarlaşıb.
Ölkə rəsmilərinin məlumatına görə, 2013-cü ildən bəri Bosniya və Herseqovinanı 484 min nəfər tərk edib, əhalinin sayı isə hər il 1,5 faiz azalıb.
Mühacirətin sıx olduğu bəzi şəhərlərdə əhalinin sayının kəskin azaldığı bildirilib.
Tehsil-press.az