Danimarkada təhsil almaq istəyən tələbələrin nəzərinə

Danimarkada təhsil almaq istəyən tələbələrin nəzərinə Kopenhagen Universitet Kolleci ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında ikitərəfli “Erasmus+ KA1” mübadilə proqramına əsasən tələbələr 2022/2023-cü tədris ilinin payız semestri müddətində Danimarkada təhsillərini davam etdirə bilərlər.
Proqrama ingilis dilini bilən, bakalavriat pilləsinin II və III kurs tələbələri müraciət edə bilərlər. Qəbul zamanı Filologiya fakültəsinin ingilis dili və fransız dili müəllimliyi ixtisası üzrə, Tarix və coğrafiya fakültəsinin sosial iş ixtisası üzrə və Məktəbəqədər təhsil fakültəsinin II və III kurs tələbələrinə üstünlük veriləcək.
Təqaüd səyahət və yaşayış xərclərini əhatə edir.
Qeyd edək ki, müsahibələr sentyabrın 10-15-də keçiriləcək. Seçilən namizədlərin onlayn qeydiyyatı oktyabrın 1-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər