Türkiyə Universitetində təhsil almaq üçün müsabiqə keçirilir

Türkiyə Universitetində təhsil almaq üçün müsabiqə keçirilir Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbləri “Erasmus+ KA1” mobillik proqramı çərçivəsində Türkiyənin Kütahya Dumlupınar Universitetində 2021-2022-ci tədris ilinin payız semestrində (bir semestr müddətində) təhsil almaq üçün müsabiqədə iştirak edə bilərlər.
Mobillik proqramına elektrik və kompüter mühəndisliyi ixtisasları aiddir.
Tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisi - minimum 75 bal olmalıdır. Həmçinin onların ingilis dili səviyyəsi yuxarı (upper-intermediate level, B2) olmalıdır.
Mobillik proqramında iştirak etmək istəyən tələbələr avqustun 21-dək müraciət edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər