Təhsil Nazirliyinin son illər pedaqoji kadrların hazırlığı və yenidənhazırlanması sahəsində həyata keçirdiyi uğurlu islahatlar artıq öz müsbət nəticəsini verməyə başlamışdır. Buna nümunə olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) müxtəlif istiqamətlərdə gerçəkləşən islahatlar nəticəsində universitetin qəbul planının 97.8% dolmasını, 500-dən çox bal toplayan tələbələrin sayının ötən tədris ilinə nisbətən 2 dəfə artmasını, əlavə təhsli üzrə sənədə verənlərin sayının 300 nəfəri keçməsini xüsusi qeyd edə bilərik.
ADPU-da 2018-2019-cu tədris ili üçün təkrar ali təhsil üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, fizika müəllimliyi, kimiya müəllimliyi, biologiya müəllimliyi, tarix müəllimliyi, coğrafiya müəllimliyi, tarix və coğrafiya müəllimliyi, ibtidai sinif müəllimliyi, informatika müəllimliyi, məktəbəqədər təhsil və təlim, korreksiyaedici təhsil, təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə sənəd verənlərin sayı 87 nəfərdir. Hazırda qəbul olunmuş sənədlərin təhlili və tədrisə hazırlıq prosesi gedir. Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılacaq. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə müraciət etdiyi ixtisas üzrə tələbələr sırasına qəbul ediləcəklər. Qəbul olunmuş şəxslərlə universitetdə tələbələrlə işin məzmunu, tədrisin təşkili, daxili qaydalar və sair məsələrlə bağlı ilkin təqdimat aparılacaq, qəbul olunmuş şəxslərin sualları cavablandırılacaq. Dərslər sentyabrın 15-də başlanacaq.
2018-2019-cu tədris ili üçün yenidənhazırlanma təhsilinə isə bu günə qədər Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, riyaziyyat, müəllimliyi, fizika müəllimliyi, informatika müəllimliyi, kimiya müəllimliyi, biologiya müəllimliyi, tarix müəllimliyi, coğrafiya müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil və təlim ixtisasları üzrə 238 nəfər sənəd vermişdir. Hazırda bu təhsil forması üzrə sənəd qəbulu davam edir.
Yenidənhazırlanma təhsili ödənişli formada idarə, müəssisə, təşkilat və ayrı-ayrı vətəndaşlarla ADPU arasında bağlanan fərdi müqavilələr əsasında həyata keçiriləcək.
Yenidənhazırlanma təhsili iki semestri əhatə etməklə müvafiq ixtisas üzrə bakalavr və ona bərabər tutulan səviyyə üçün mövcud olan baza təhsil proqramlarındakı tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılacaq. 1-ci semesterdə əsasən nəzəri və metodoloji dərslər tədris olunacaq, 2-ci semesterdə isə tələbələr təcrübəli metodistlərin rəhbərliyi ilə pedaqoji təcrübə keçəcəklər.
Yenidənhazırlanma təhsili almaq istəyənlər ADPU-nun rektorunun adına ərizə, sağlamlıq haqqında arayış, hər birindən 4 ədəd olmaqla ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) surəti, 3x4 sm ölçüdə fotoşəkil, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.
Xarici ali təhsil müəssislərinin məzunları isə aldıqları ixtisasların Azərbaycan ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilən şəhadətnamə təqdim etməlidirlər.
Qeyd edək ki, sənədlər sentyabrın 20-ə qədər hər gün(istirahət günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək ADPU-nun Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən 2-ci tədris binasının VII mərtəbəsində, 710-cu otaqda qəbul edilir.
Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd verəcək şəxslərlə müsahibə aparılacaq. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul ediləcəklər. Dərslər oktyabrın 1-də başlayacaq. Hər iki təhsil növü üzrə qəbul olunmuş və Bakı şəhərində qeydiyyatı olmayan şəxslər yataxanada qalmaq üçün müraciət edə bilərlər. Yerlərin məhdudluğu nəzərə alınaraq müraciət etmiş şəxslərdən daha çox ehtiyacı olanlara üstünlük veriləcək.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi