ADPU-nun iki tələbəsi Danimarkada təhsil almağa başlayıb

ADPU-nun iki tələbəsi Danimarkada təhsil almağa başlayıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki tələbəsi Danimarkada təhsil almağa başlayıb.
Universitetin İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Əsbət Mahyaddinova, Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi Esfir Bəylərli “Erasmus+” mübadilə proqramı çərçivəsində Danimarkanın Kopenhagen Universitet Kollecində 2022-2023-cü tədris ilinin payız semestrinə başlayıblar.
Qeyd edək ki, ADPU 2016-cı ildən Danimarkanın Kopenhagen Universitet Kolleci ilə “Erasmus +” proqramı çərçivəsində tələbə-müəllim mobilliyini həyata keçirir. Bu günə kimi həyata keçirilən mobillikdə ümumilikdə 19 müəllim, 13 tələbə iştirak edib.

Tehsil-press.az



Oxşar xəbərlər