Bakı Slavyan Universitetində plan yeri 95.62 faiz dolub

Bakı Slavyan Universitetində plan yeri 95.62 faiz dolub Bakı Slavyan Universiteti (BSU) respublika üzrə plan yeri 95 faizdən çox olan ali təhsil müəssisələri sırasında qərarlaşıb. BSU-da 2022-2023-cü tədris ili üzrə plan yeri 95.62 faiz dolub.
Abituriyentlərin sənəd qəbulu onlayn aparılir. Bununla yanaşı, universitetdə qeydiyyatla bağlı sənəd qəbulu komissiyası yaradılıb. Universitetə qəbul olunmuş abituriyentlər, həmçinin onların valideynləri komissiyaya öz sual və müraciətlərini ünvanlayırlar. Komissiya üzvləri tərəfindən onlara ətraflı izahlar verilir.
Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu sentyabrın 12-dək onlayn aparılır. Abituriyent müvafiq sənədlərin elektron versiyasını http://portal.edu.az  üzərindən sistemə yükləməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər